Zəng sifarişi edin
daha ətraflı
Əsas səhifə / Məhsullar / Emulsiya & boya / Boya & emulsiya / Sobsan poliuretan astar boya bəyaz 18+6 l
SOBSAN POLİURETAN ASTAR BOYA BƏYAZ 18+6 L
156
/ədəd
Ümumi məbləğ:
  • Paylaş
Diqqət! Məhsulun şəkildə göstərilən rəngi və komplektasiyası real məhsullardan fərqlənə bilər.
Xüsusiyyətlər
Sərfiyyat
1 litrlə 10-12 m²
Tam quruma müddəti (20c-də)
10 saat
Toxunmaq üçün quruma
25-30 dəq
Toz hopmaması üçün quruma
10-15 dəq
Hamarlama
min 3 saat
İki komponentli, poliuretan əsaslı, bərkidici bir əsasdır. Poliuretan Astar yüksək doldurma qabiliyyətinə malikdir. Taxta səthlərə çox yaxşı yapışan elastik bir təbəqə yaradır. Asanlıqla hamarlanır və üzərinə tətbiq ediləcək son qat boyalar üçün düz bir səthin yaranmasını təmin edir.

Özəllikləri

Bərk, MDF, DSP kimi hər növ taxta səthlərdə lak astar kimi istifadə olunur. Yüksək quruma sürəti, kəskin künc və kənarlarda örtücülük, səthdə düzgün yayılma, mükəmməl hamarlanma xüsusyyətlərinə sahibdir.

İstifadə qaydası:
1-Səthin hazırlaması : İstifadə etməzdən əvvəl uyğun cilalama əməliyyatından sonra taxta səthlər tozlardan təmizlənməlidir.
2-Qarışıqlıq nisbəti ( Ağırlığa görə ) : Poliuretan Astar: 3 vahid / Poliuretan Astar Bərkidici: 1 vahid
3-Tətbiqetmə forması : 3 vahid Poliuretan Astar, 1 vahid Poliuretan Astar bərkidici ilə yaxşıca qarışdırılır. Hazırlanan qarışıq 40% nisbətində Poliuretan Tiner ilə nazikləşdirilərək, iki və ya üç qat halında boya tapançası ilə tətbiq edilir. Qatlar arasında ən az 2-3 saat fasilə verilməlidir. Yay aylarında təxminən 2-3 saat , qış aylarında isə təxminən 8 saat sonra, əvvəlcə sumbata kağızı No: 220 ardından sumbata kağızı No: 400 ilə hamarlanaraq sonqat boya tətbiq olunmasına hazır vəziyyətə gətirilməlidir.


Bir qatda 45-50 µ quru təbəqə qalınlığı yaradacaq şəkildə tətbiq edildikdə 1 litrlə 10-12 m² sahəyə istifadə edilə bilər.

Parlaqlıq nöqtəsi:< 21°C

Saxlanma şərtləri:
Birbaşa günəş şüası düşməyən 5-35°C şəraitdə, açılmamış orijinal qabında 1 il saxlanıla bilər. Həddindən artıq isti və nəmdən qorunmalıdır.

Əsas xəbərdarlıqlar :
Poliuretan Astar istifadə olunmazdan əvvəl yaxşıca qarışdırılmalıdır.
Qarışığın istifadə müddəti sona çatdıqdan sonra astarın istifadəsi mümkün olmadığı üçün məhsulu israf etməmək məqsədilə qarışıq nisbətlərinə diqqət etmək və kiçik miqdarda qarışıqlar hazırlamaq lazımdır. Tətbiq etmə zamanı mühitin temperaturu 5-35°C olmalıdır.
Hər istifadədən sonra alətləri Poliuretan həlledici ilə təmizlənməlidir.
Poliuretan Astar tətbiq edilən səthlər 24 saat müddətinə fiziki və kimyəvi təsirlərdən qorunmalıdır.
Poliuretan Astar qətiyyən kanalizasiya və su kanallarına axıdıla bilməz.
Tətbiqetmə yuxarıda müəyyən olunduğu kimi həyata keçirilməlidir.

Xəbərdarlıq:

R 11: Asanlıqla alovlana bilir.
R 20/21/22: Nəfəs aldıqda, dəri ilə təmasda və udulduqda sağlamlıq üçün zərərlidir.
R 36: Gözləri qıcıqlandırır.

Təhlükəsizlik şərtləri:
S2: Uşaqların əlləri çatmayacağı yerlərdə saxlayın.
S3/7/9: Qutunu yaxşı bağlanmış şəkildə, sərin və yaxşı havalandırılan yerlərdə saxlayın.
S16: Alışdırıcılardan uzaq tutun, siqaret çəkməyin.
S24/25: Göz və dəridən uzaq tutun.
S29: Kanalizasiyaya atmayın.
S46: Udulduqda dərhal həkimə müraciət edin, məhsulun qabını və etiketini göstərin.
S51: Yalnız yaxşı havalandırma olan yerlərdə istifadə edin.
SINAQDAN KEÇİRİLMİŞ KEYFİYYƏT
İnternet mağazamız sizə çoxdan tanış olan istehsalçıların mallarının satışı ilə məşğuldur.
BÖYÜK ÇEŞİD
Kataloqumuzda 12 000-dən çox tikinti malları mövcuddur.
ÇATDIRILMA XİDMƏTİ
Biz tikinti materiallarının çatdırılmasını və boşaldılmasını həyata keçiririk.
RAHAT SİFARİŞ & ÖDƏNİŞ
Rahat sifariş edin, nağd və ya onlayn şəkildə ödəniş edin.
(070)202-0005
7/24 whatsapp +994702020005