
Sürətli çatdırılma!
Çatdırılma
Bakı, Sumqayıt və Abşeron şəhərləri üçün kiçik və böyük ölçülü məhsulların çatdırılması həftə içi və həftə sonu saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Bir gün əvvəl edilən sifarişlər növbəti gün ərzində müştərinin ünvanına PULSUZ çatdırılır, ekspress çatdırılma isə sifariş verildiyi gün ödəniş əsasında həyata keçirilir ( çatdırılma məbləği məsafədən asılı olaraq dəyişir və 8 azn dən başlayır. Qiymətləri dəqiqləşdirmək üçün satış menecerlərimizə müraciət etməyiniz xahiş olunur).
Əlavə olaraq məhsulun növündən asılı olaraq ödəniş tətbiq edilə bilər ( kərpic, taxta,armatur, dəmir məhsulları və s)
18:00dan sonra qəbul edilən sifarişlər növbəti və ya bir sonrakı gün ünvana ödənişsiz çatdırıla bilər.
Çatdırılma müştərinin ünvanına kimi həyata keçirilir, yükün boşaldılması və ya mərtəbəyə qaldırılması çatdırılma xidmətinə daxil deyildir.Əgər bu xidmət öncədən sifariş edilməyibsə, əlavə tətbiq olunacaq məbləği satış menecerlərimizdən dəqiqləşdirə bilərsiniz.
Diqqət! Məhsulu aldığınız zaman xarici görünüşündən və heç bir texniki zədələnməsi olmamasından əmin olun. Nəqliyyatdakı yükün qaimədə göstərilən say və komplektasiya ilə eyniliyinə əmin olun. Qaiməni imzaladığınız halda təhvil aldığınız mala heçbir iradınızın olmadığını təsdiq etmiş olursunuz. Sürücü ekspeditor çatdırılma etdiyi məhsulun texniki və funksional göstəriciləri haqqında şərh verə bilməz.
Malların alıcı tərəfindən götürülməsi haqqında məlumat
Diqqət! malların alıcı tərəfindən götürülməsinin mümkünlüyünü menecerdən dəqiqləşdirin. +99470 2020005